Gürcüstanda daha 37 nəfər koronavirusdan dünyasını dəyişib
"Son 24 saat ərzində 37 nəfər dünyasını dəyişib", – Qurumlararası Koordinasiya Şurası yanında Operativ Qərargahın rəhbəri Aleksandr Xocevanişvili hökumət administrasiyasındakı brifinqdə deyib.
Onun sözlərinə görə, ölən 37 nəfərdən 13-ü Tbilisidə müalicə olunurdu.

“Təəssüf ki, son 24 saat ərzində 37 nəfər öldü, bu ölüm hallarından 13-ü Tbilisidə, 10-u Acarıstanda, 8-i İmeretidə, 3-ü Kvemo Kartlidə, 2-si Şida Kartlidə və 1-i Kaxetidə qeydə alınıb. "26 Fevral 2020-ci ildən bəri ümumilikdə 636 nəfər dünyasını dəyişib", – Xocevanişvili deyib.

Mənbə: İnterPressNews
Print