Gürcüstanda 3473 yeni koronavirusa yoluxma halı qeydə alınıb,
Bu günə olan məlumata görə, son 24 saat ərzində 3473 yeni təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 1493-ü Tbilisidə, 448-i Acarıstanda, 513-ü isə İmeretidə aşkarlanıb. – Qurumlararası Koordinasiya Şurası yanında Operativ Qərargahın rəhbəri Aleksandr Xocevanişvili Hökumət Administrasiyasında keçirdiyi brifinqdə bildirib.
O, koronavirusla bağlı son statistik məlumatlardan və hökumətin son 24 saat ərzində həyata keçirdiyi tədbirlərdən danışıb.
“Bu günə olan məlumata görə, 24 saat ərzində 3473 yeni təsdiqlənmiş yoluxma halı aşkar edilib. İlk yoluxma halından bu günə qədər ölkədə aşkarlanmış təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 73 154 nəfərdir.
Sağalan insanların sayının artması baxımından hələ də müsbət dinamikanı qoruyuruq. Xüsusilə son 24 saat ərzində 3342 nəfər sağalıb və sağalanların ümumi sayı 55 511 nəfərə çatıb.
Təəssüf ki, son 24 saat ərzində Tbilisidə 13, Acarıstanda 10, İmeretidə 8, Kvemo Kartlidə 3, Şida Kartlidə 2, Kaxetidə 1 nəfər olmaqla 37 nəfər dünyasını dəyişib. 26 Fevral 2020-ci ildən bəri ümumilikdə 636 ölüm halı qeydə alınıb.
Bu gün aşkar edilmiş 3 473 yoluxmadan paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisi – 1493, Acarıstan – 448, İmereti – 513, Kvemo Kartli – 190, Şida Kartli – 175, Quriya – 55, Sameqrelo-Zemo Svaneti – 287, Kaxeti – 98, Msxeta-Mtianeti – 119, Samtsxe-Cavaxeti – 72, Raça-Leçxumi və Kvemo Svaneti – 23.
Bu mərhələdə aktiv xəstələrin sayı 16 981 nəfərdir. Tbilisi xəstəxanalarında 2 420, Acarıstanda 789, İmeretidə 963 nəfər olmaqla 4 957 nəfər xəstəxanalarda müalicə olunur. Tbilisidə 309, Acarıstanda 101, İmeretidə 163 olmaqla 633 nəfər ağır xəstə var. 357 nəfəri süni tənəffüs aparatına qoşulub ki, onlardan da 191 nəfər Tbilisi, 101 nəfər Acarıstan, 33 nəfər isə İmereti xəstəxanalarındadır. Kovid-mehmanxanalara 3 413 nəfər yerləşdirilib. Bunlardan 1 583 nəfər Acarıstanda, 1 272 nəfər Tbilisidə, 294 nəfər isə İmeretidədir. 8 611 nəfər evdə müalicə olunur.
Karantində 2487 nəfər var ki, onlardan 358 nəfər Tbilisidə, 1 266 nəfər Acarıstanda, 39 nəfər isə İmeretidədir.
6 oktyabr - 12 noyabr tarixləri arasında ölkə xaricindən ümumilikdə 14 575 nəfər köçürülüb.
Bu günə qədər özünütəcriddə 41 958 nəfər var, bunlardan 6 709-u Tbilisidə, 17 568-i Acarıstanda, 4 629-u İmeretidədir”, – Aleksandr Xocevanişvili deyib.

Mənbə: İnterPressNews

Print Email
FaceBook Twitter Google