Bu günə olan məlumata görə, son 24 saat ərzində 3473 yeni
təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 1493-ü Tbilisidə,
448-i Acarıstanda, 513-ü isə İmeretidə aşkarlanıb.
– Qurumlararası Koordinasiya Şurası yanında Operativ Qərargahın
rəhbəri Aleksandr Xocevanişvili Hökumət Administrasiyasında
keçirdiyi brifinqdə bildirib.
O, koronavirusla bağlı son statistik məlumatlardan və hökumətin son
24 saat ərzində həyata keçirdiyi tədbirlərdən danışıb.
“Bu günə olan məlumata görə, 24 saat ərzində 3473 yeni təsdiqlənmiş
yoluxma halı aşkar edilib. İlk yoluxma halından bu günə qədər
ölkədə aşkarlanmış təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 73
154 nəfərdir.
Sağalan insanların sayının artması baxımından hələ də müsbət
dinamikanı qoruyuruq. Xüsusilə son 24 saat ərzində 3342 nəfər
sağalıb və sağalanların ümumi sayı 55 511 nəfərə çatıb.
Təəssüf ki, son 24 saat ərzində Tbilisidə 13, Acarıstanda 10,
İmeretidə 8, Kvemo Kartlidə 3, Şida Kartlidə 2, Kaxetidə 1 nəfər
olmaqla 37 nəfər dünyasını dəyişib. 26 Fevral 2020-ci ildən bəri
ümumilikdə 636 ölüm halı qeydə alınıb.
Bu gün aşkar edilmiş 3 473 yoluxmadan paytaxt və bölgələr üzrə
göstəricilər belədir: Tbilisi – 1493, Acarıstan – 448, İmereti –
513, Kvemo Kartli – 190, Şida Kartli – 175, Quriya – 55,
Sameqrelo-Zemo Svaneti – 287, Kaxeti – 98, Msxeta-Mtianeti – 119,
Samtsxe-Cavaxeti – 72, Raça-Leçxumi və Kvemo Svaneti – 23.
Bu mərhələdə aktiv xəstələrin sayı 16 981 nəfərdir. Tbilisi
xəstəxanalarında 2 420, Acarıstanda 789, İmeretidə 963 nəfər
olmaqla 4 957 nəfər xəstəxanalarda müalicə olunur. Tbilisidə 309,
Acarıstanda 101, İmeretidə 163 olmaqla 633 nəfər ağır xəstə var.
357 nəfəri süni tənəffüs aparatına qoşulub ki, onlardan da 191
nəfər Tbilisi, 101 nəfər Acarıstan, 33 nəfər isə İmereti
xəstəxanalarındadır. Kovid-mehmanxanalara 3 413 nəfər
yerləşdirilib. Bunlardan 1 583 nəfər Acarıstanda, 1 272 nəfər
Tbilisidə, 294 nəfər isə İmeretidədir. 8 611 nəfər evdə müalicə
olunur.
Karantində 2487 nəfər var ki, onlardan 358 nəfər Tbilisidə, 1 266
nəfər Acarıstanda, 39 nəfər isə İmeretidədir.
6 oktyabr - 12 noyabr tarixləri arasında ölkə xaricindən ümumilikdə
14 575 nəfər köçürülüb.
Bu günə qədər özünütəcriddə 41 958 nəfər var, bunlardan 6 709-u
Tbilisidə, 17 568-i Acarıstanda, 4 629-u İmeretidədir”, – Aleksandr
Xocevanişvili deyib.
Mənbə:
İnterPressNews