Gürcüstanın Azərbaycandakı səfirliyi tərəfindən hal-hazırda da təxliyələr həyata keçirilir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi ilə yanaşı Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi də 2020-ci ilin mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının və Gürcüstan vətəndaşı ilə rəsmi nikahda olan Azərbaycan Respublikasının vətəndaşlarının (ailə üzvləri ilə birlikdə) Gürcüstana təxliyə olunması prosesini həyata keçirirdi.

Bu barədə "Marneuli" radiosunun sorğusuna cavab olaraq Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verdilər.

Məlumata görə, Gürcüstanın Bakıdakı Səfirliyi tərəfindən bu təxliyələr hal-hazırda da həyata keçirilir. Əvvəllər Azərbaycan Respublikasından təxliyə olunan şəxslər Gürcüstan ərazisinə daxil olduqdan sonra karantinə alınırdılarsa, indi 72 saat qüvvədə olan PCR testinin nəticəsi ilə Gürcüstana daxil olaraq, 8 gün ərzində yaşadıqları evlərdə özlərini təcrid edirlər.

Print Email
FaceBook Twitter Google