Qurumlararası Koordinasiya Şurasının Əməliyyatlar üzrə rəis
müavini Berdia Sicinava, Hökümət Administrasiyasında keçirdiyi
brifinqdə, son 24 saat ərzində 4 570 yeni
koronavirus hadisəsinin aşkar olunduğunu söyləyib.
O, koronavirusla bağlı 10 dekabr tarixinə olan son statistik
məlumatlardan və hökumət tərəfindən görülən tədbirlərdən
danışıb.
"İntensiv testlər zamanı, son 24 saat ərzində ölkə daxilində 11 718
sürətli antigen testləri və 7 918 PCR testi daxil olmaqla,
ümumilikdə 19 636 test keçirilib.
Aparılan testlər nəticəsində son 24 saat ərzində 4 570 yeni
koronavirus hadisəsi aşkarlanıb və ölkədə Covid-19 pandemiyasının
başlandığı gündən bu yana təsdiqlənmiş hadisələrin ümumi sayı 178
953 nəfərə çatıb.
Son 24 saat ərzində 3 045 nəfər virusdan sağalıb və beləliklə,
sağalanların ümumi sayı 148 332-ə çatıb.
Təəssüf ki, son 24 saat ərzində 43 yeni ölüm hadisəsi də var.
Pandemiya başladıqdan bəri ümumilikdə 1 657 nəfər virusdan
ölüb.
Bu gün ölkədə aşkarlanan 4 570 yeni infeksiya hadisəsindən, 2
067-si Tbilisidə, Acarıstanda - 331, İmeretidə - 708, Kvemo
Kartlidə - 352, Şida Kartlidə - 214, Quriada - 72, Sameqrelo-Zemo
Svanetidə - 325, Kaxetidə - 272, Mtsxeta-Mtianetidə - 133,
Samtsxe-Javaxetidə - 75, Racha-Leçxumi və Kvemo Svanetidə -21
hadisə aşkarlanmışdır.
Hal-hazırda 28 938 aktiv yoluxma hadisəsi var ki, bunlardan 6 918
nəfər xəstəxanalarda müalicə alır, bunlardan 3 017-si Tbilisidə,
991-i Acarıstanda və 1 357-si İmereti xəstəxanalarındadır. Bu
mərhələdə, 515-i Tbilisidə, 155-i Acarıstanda, 259-u İmeretidə
olmaqla, ümumilikdə 1 130 xəstənin vəziyyəti ağırdır. Onlardan
205-i Tbilisidə, 54-ü Acarıstanda, 77-si İmeretidə olmaqla, 453
nəfər ağır xəstə süni tənəffüs sistemindədir.
3 524 nəfər klinik mehmanxanalarda yerləşdirilib, bunlardan 1 144-ü
Tbilisidə, 1715-i Acarıstanda və 370-i İmeretidədir.
18 496 nəfər evdə mualicə alır. 1 019 nəfər karantin zonasına
yerləşdirilib, bunlardan Tbilisidə - 299, Acarıstanda - 138,
İmeretidə - 28 nəfər var.
6 oktyabr - 9 dekabr tarixləri arasında dövlət sərhədindən karantin
zonalarına ümumilikdə 20 139 nəfər köçürülüb.
Bu mərhələdə 50 724 nəfər özünü təcrid vəziyyətindədir, bunlardan
19 817 nəfər - Tbilisidə, 10 336 - Acarıstanda və 5 647 nəfər
İmeretidədir,” - deyə Berdia Sicinava bildirib.