Gürcüstanda 4 570 yeni koronavirus hadisəsi aşkar edilib, onlardan 2 067-i Tbilisidə

Qurumlararası Koordinasiya Şurasının Əməliyyatlar üzrə rəis müavini Berdia Sicinava, Hökümət Administrasiyasında keçirdiyi brifinqdə, son 24 saat ərzində 4 570 yeni

koronavirus hadisəsinin aşkar olunduğunu söyləyib.
O, koronavirusla bağlı 10 dekabr tarixinə olan son statistik məlumatlardan və hökumət tərəfindən görülən tədbirlərdən danışıb.

"İntensiv testlər zamanı, son 24 saat ərzində ölkə daxilində 11 718 sürətli antigen testləri və 7 918 PCR testi daxil olmaqla, ümumilikdə 19 636 test keçirilib.
Aparılan testlər nəticəsində son 24 saat ərzində 4 570 yeni koronavirus hadisəsi aşkarlanıb və ölkədə Covid-19 pandemiyasının başlandığı gündən bu yana təsdiqlənmiş hadisələrin ümumi sayı 178 953 nəfərə çatıb.

Son 24 saat ərzində 3 045 nəfər virusdan sağalıb və beləliklə, sağalanların ümumi sayı 148 332-ə çatıb.

Təəssüf ki, son 24 saat ərzində 43 yeni ölüm hadisəsi də var. Pandemiya başladıqdan bəri ümumilikdə 1 657 nəfər virusdan ölüb.

Bu gün ölkədə aşkarlanan 4 570 yeni infeksiya hadisəsindən, 2 067-si Tbilisidə, Acarıstanda - 331, İmeretidə - 708, Kvemo Kartlidə - 352, Şida Kartlidə - 214, Quriada - 72, Sameqrelo-Zemo Svanetidə - 325, Kaxetidə - 272, Mtsxeta-Mtianetidə - 133, Samtsxe-Javaxetidə - 75, Racha-Leçxumi və Kvemo Svanetidə -21 hadisə aşkarlanmışdır.

Hal-hazırda 28 938 aktiv yoluxma hadisəsi var ki, bunlardan 6 918 nəfər xəstəxanalarda müalicə alır, bunlardan 3 017-si Tbilisidə, 991-i Acarıstanda və 1 357-si İmereti xəstəxanalarındadır. Bu mərhələdə, 515-i Tbilisidə, 155-i Acarıstanda, 259-u İmeretidə olmaqla, ümumilikdə 1 130 xəstənin vəziyyəti ağırdır. Onlardan 205-i Tbilisidə, 54-ü Acarıstanda, 77-si İmeretidə olmaqla, 453 nəfər ağır xəstə süni tənəffüs sistemindədir.

3 524 nəfər klinik mehmanxanalarda yerləşdirilib, bunlardan 1 144-ü Tbilisidə, 1715-i Acarıstanda və 370-i İmeretidədir.

18 496 nəfər evdə mualicə alır. 1 019 nəfər karantin zonasına yerləşdirilib, bunlardan Tbilisidə - 299, Acarıstanda - 138, İmeretidə - 28 nəfər var.

6 oktyabr - 9 dekabr tarixləri arasında dövlət sərhədindən karantin zonalarına ümumilikdə 20 139 nəfər köçürülüb.

Bu mərhələdə 50 724 nəfər özünü təcrid vəziyyətindədir, bunlardan 19 817 nəfər - Tbilisidə, 10 336 - Acarıstanda və 5 647 nəfər İmeretidədir,” - deyə Berdia Sicinava bildirib.

 

Print