“Zəhra Ana” yardımlaşma fondu fiziki imkanları məhdud uşaqlara yardım edib
Gürcüstanda fəaliyyət göstərən “Zəhra Ada” Yardımlaşma Fondu yeni ilin gəlişi münasibəti ilə Rustavi şəhərində yerləşən 90-a yaxın fiziki imkanları məhdud uşaqlar yurduna və eləcədə 30-a yaxın yoxsul uşaqlara yeni il hədiyyəsi verərək onları sevindirib.

Fondun rəhbəri Laləzar İbrahimovanın verdiyi məlumata görə, artıq 4 aydır bir qrup könüllü xanımların birgə təşəbbüsü ilə yaradılan “Zəhra Ana” yardımlaşma fondu insanlardan toplanan ianələr hesabına bir sıra xeyriyyə işləri həyata keçirib.

"Yarandığı gündən bir çox kimsəsizlərə, tək yaşayan yaşlı insanlara və hədsiz yoxsul ailələrə müəyyən ərzaq alıb, aztəmnatlı ailələrin uşaqlarına paltar, məktəb çantaları və dərs ləvazimatları ilə təmin edib. İmkansız xəstələrin müəyyən müalicəsinə, dərmanların alınmasına yardım əli uzadıb.

Zəhra Ana fondunun əməkdaşları fonda maddi və mənəvi dəstək olan hər kəsə təşəkkür edir. Bu xeyirxah işlərin Allah dərgahında qəbul olunmasını diləyir",
— Laləzar İbrahimova dedi.

Print Email
FaceBook Twitter Google