Gürcüstanda fəaliyyət göstərən “Zəhra Ada” Yardımlaşma Fondu yeni
ilin gəlişi münasibəti ilə Rustavi şəhərində yerləşən 90-a yaxın
fiziki imkanları məhdud uşaqlar yurduna və eləcədə 30-a yaxın
yoxsul uşaqlara yeni il hədiyyəsi verərək onları sevindirib.
Fondun rəhbəri Laləzar İbrahimovanın verdiyi məlumata görə, artıq 4
aydır bir qrup könüllü xanımların birgə təşəbbüsü ilə yaradılan
“Zəhra Ana” yardımlaşma fondu insanlardan toplanan ianələr hesabına
bir sıra xeyriyyə işləri həyata keçirib.
"Yarandığı gündən bir çox kimsəsizlərə, tək yaşayan
yaşlı insanlara və hədsiz yoxsul ailələrə müəyyən ərzaq alıb,
aztəmnatlı ailələrin uşaqlarına paltar, məktəb çantaları və dərs
ləvazimatları ilə təmin edib. İmkansız xəstələrin müəyyən
müalicəsinə, dərmanların alınmasına yardım əli uzadıb.
Zəhra Ana fondunun əməkdaşları fonda maddi və mənəvi dəstək olan
hər kəsə təşəkkür edir. Bu xeyirxah işlərin Allah dərgahında qəbul
olunmasını diləyir", — Laləzar İbrahimova dedi.