"Burada ibadət dayanmayacaq" - Müfti Buknariyə gəlib
Kobuleti və Çoxatauri Müftisi bu gün Buknari kəndinə gedib. O, yerli sakinlərlə görüşüb.

Kobuleti və Çoxatauri Müftisi Aslan Beridze ibadətin dayanmayacağını söyləyib.

“Doğrudur, yaxşı bir şey deyil, amma insanlarımız bir yerə gedirsə, adətlərinə uymaq üçün gedirlər. İnsanların birgə ibadət etməsi üçün bir yerə ehtiyac var, elə deyilmi? Bu insanlar bizdən elə xüsusi bir kömək istəmirlər...Burada ibadət dayanmayacaq, ibadət etsinlər, heç kim mane olmayacaq", - deyə Aslan Beridze "Formula" telekanalına müsahibəsində bildirib.

Çoxatauri bölgəsindəki Buknari kəndində yerli xristianlar ilə müsəlmanlar arasında dini zəmində fiziki qarşıdurma 12 yanvar tarixində baş verib. Müsəlman icmasının nümayəndələri mübahisənin səbəbinin kənddə ibadət yeri kimi istifadə edilən bir evin olduğunu söyləyiblər. Yerli müsəlmanlar, onların bu istəyinin xristianlar tərəfindən mənfi qarşılandığını və davamlı təhdid edildiklərini söyləyirlər.

12 yanvarda baş verən qarşıdurmada azyaşlılar da daxil olmaqla bir neçə nəfər yaralanıb; Onlardan 2-si küt bir alətlə aldığı xəsarətlərlə xəstəxanaya aparılıb. Baş verənlərlə əlaqəli Daxili İşlər Nazirliyi zorakılıq ittihamı ilə bir nəfəri həbs edib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google