Hökümət: Şəhərlərarası nəqliyyat bu mərhələdə bərpa olunmayacaq
Bu gün Gürcüstanın Baş Naziri Qiorqi Qaxaria, ölkə daxilində ictimai nəqliyyat hərəkətinin bərpa olunacağını elan edib, lakin hökumət administrasiyasından "Netgazeti"-yə verilən məlumata görə, bu mərhələdə şəhərlərarası nəqliyyat hərəkəti hələ bərpa olunmayacaq.

Bugünkü hökumət iclasında Baş nazir, bazar ertəsindən etibarən avtobus və metro ilə yanaşı Tbilisi, Rustavi və Kutaisidə mikroavtobusların da işə başlayacağını söyləyib.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google