13 fevral tarixində Dünya Radio günü qeyd olunur
Bu gün, 13 fevral tarixində 2011-ci ildə UNESCO tərəfindən əsası qoyulan, Dünya Radio günü qeyd olunur. Dünya Radio gününün əsasının qoyulması İspaniyanın təşəbbüsü ilə UNESCO-nun 36-cı Baş Konfransında təsdiqlənib. Dünya Radio gününün qeyd olunmasına 13 fevralda qərar verilib. Çünki 1946-cı ilin bu günü BMT-nin radiosu yaranıb. Yerli əhalinin bir hissəsi radionun ictimai rolunu əhəmiyyətli olaraq dəyərləndirir.


რადიო მარნეულის ჟურნალისტები: ფარვინ გაჯიევა, თიკო დავაძე, ამილ მამედოვ, ვლადიმერ ჩხიტუნიძე

Dünyada ilk dəfə davamlı radio yayım ABŞ-da, Pitsburqda 1921-ci ilin noyabrında, Gürcüstanda isə 1925-ci ilin 23 mayında Tbilisidə başlayıb. Marneulidə ilk dəfə radio rolunu gücləndirmək və yaratmaq təşəbbüsü 2006-cı ildən başlayıb və buna Marneulili gənclər aktiv şəkildə qoşulub.


მოხალისეობრივი გადაცემა "ქალის აზრი" - წამყვანები ნონა სამხარაძე, ოლგა ენდელაძე

Ancaq radio bir çox çətinliklərlər üzləşib və maneələr qarşısında qalıb. öz qüvvələri ilə isə həmişə azad, aktiv media sahə yaratmağa çalışıblar və bu sahə icmada aktiv olaraq işləyəcəkdi. Təəssüf ki, siyasi aspektlərə görə icma radiosu 10 il ərzində bu stereotiplər və mitlərlə mübarizə aparmalı olub ki, icmada fəaliyyət göstərsin.


ანალიტიკური გადაცემა "იჯმალ" - წამყვანი აიდან იუსუფ, ტექნიკური დირექტორი ეტიბარ დაშტამირლი, სტაჟორი შუქურ ალიევი

Çox çətinliklərdən sonra bu güna artıq 96.6 dalğasında FM yayımdayıq. Həmişə öz rolunu cəmiyyətdə təsdiqləmək asan deyil, ancaq bizim əsas məqsədimiz icmanın məlumatlandırılması və ictimai işlərə qoşulmasıdır. 


ჟურნალისტი ფარვინ გაჯიევა
Hal-hazırda yayım iki dildə azərbaycan və gürcü dilində gedir. Hər gün regionda gedən yenilikləri əhaliyə çatdırırıq. Vacib mövzular axtarırıq və Marneuli sakinləri üçün aktuallıq yaradırıq.



სომხურენოვანი ჟურნალისტი -მარგარიტა მისკარიან

“Marneuli” Radiosu “Açıq mikrofon” prinsipi ilə də çalışır və icmanın hər hansı maraqlanan şəxsinə imkan yaradır ki, sahədən məqsədyünlü şəkildə istifadə etsin. Bu müəllif verlişlərinin hazırlanması (idman, musiqi, incəsənət, ədəbiyyat və.s.) və ya Marneulidə vacib məsələlərin diskusia formatından müzakirəsi də ola bilər.

პრაქტიკული მუშაობა მენტორთან- რუსუდან ცხომელიძე(IREX), ჟურნალისტი ამილ მამედოვი





ჩვენ ვმუშაობს იმისთვის რომ თქვენ იყოთ ინფორმირებულები

რადიო მარნეულის გუნდი
Print Email
FaceBook Twitter Google