Bu gün, 17 mart tarixində Marneulidə yerləşən Ata-Holding parkının
qarşısında İmam Hüseynin doğum gününə həsr olunmuş xeyriyyə
aksiyası keçirilib.
Xeyriyyə aksiyasında yoldan keçən şəhər sakinlərinə və qonaqlara
şirniyyatlar, çay paylanılıb.
Qeyd edək ki, tədbir Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi
və İmam Əli Xeyriyyə Fondunun təşkilatçılığı ilə həyata
keçirilir.
Aksiya 3 gün davam edəcək.