Marneulidə İmam Hüseynin doğum gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
Bu gün, 17 mart tarixində Marneulidə yerləşən Ata-Holding parkının qarşısında İmam Hüseynin doğum gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

Xeyriyyə aksiyasında yoldan keçən şəhər sakinlərinə və qonaqlara şirniyyatlar, çay paylanılıb.

Qeyd edək ki, tədbir Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və İmam Əli Xeyriyyə Fondunun təşkilatçılığı ilə həyata keçirilir.

Aksiya 3 gün davam edəcək.

"Marneuli" Radiosu
Print