Bolnisi bələdiyyəsində qəza nəticəsində elektrik enerjisinin verilməsi dayandırılıb
Bolnisidə elektrik enerjisinin verilməsi qəza səbəbi ilə müvəqqəti dayandırılıb.

Elektrik enerjisinin olmaması səbəbi ilə Bolnisi meriyasında müəyyən şöbələr fəaliyyətini müvəqqəti olaraq məhdud şəkildə davam etdirir.

“EnergoPro Georgia”-nın qaynar xəttindən “Marneuli” radiosuna verilən məlumata görə, elektrik enerjisinin verilməsi günün sonunadək bərpa olunacaq.

Bolnisi meriyası gün ərzində vətəndaşların elektron məktublarına cavab verə, meriya və ya Bələdiyyə Məclisində planlaşdırılan görüşlər və iclaslar haqqında məlumat yayımlaya bilməyəcək.

Meriyanın qaynar xəttindən verilən məlumata görə, alternativ enerji mənbələrinin olmaması səbəbindən meriya fəaliyyətini məhdud şəkildə davam etdirəcək.

Müəllif: Şükür Əliyev
Print