Pandemiya zamanı həyata keçirilən arzu
Gülcahan Acalova uşaqlıqdan özünün tikiş atelyesini yaratmağı arzulayırmış. On yaşı olanda gəlinciklərinə öz dizaynı ilə geyimlər tikirmiş.

27 yaşında isə arzusunu həyata keçirib və Marneulidə "Culia" adlı tikiş atelyesi açıb. Bu onun ilk biznesi deyil. Gülcahan bacısı Rəna ilə birgə 2016-cı ildə "Lingua" təhsil mərkəzini təsis edib.

Gülcahan atelyedə yerli qadınları işlə təmin etməyi planlaşdırır. Ümid edir ki, onun əl işləri xaricdə də satılacaq. 

Videonu buradan ətraflı izləyə bilərsiz:


"Marneuli" Radiosu
Print