Hava yaxşı olmalıdır ki, bəxtin gətirsin – Xutor-Lejbəddindən fotoreportaj
Xutor-Lejbəddin Marneulidən 25 km məsafədə yerləşir. Kənd bir əsrdən artıqdır ki, mövcuddur. Ancaq sakinlər üçün su problemi kəndin sıradan çıxmış yol problemi qədər ciddidir. Yağış yağan zaman vəziyyət daha da ağırlaşır. Şagirdlər məktəbə əlavə ayaqqabı aparırlar. Onların evində heç vaxt krandan su gəlməyib. 

Bacılar məktəb yolundaMəktəbə çatana qədər bir neçə dəfə ayaqqabılarını təmizləməli olurlarHava pis olan zaman hərəkət etmək mümkün olmurŞagirdlər məktəbə ehtiyat üçün əlavə ayaqqabı aparırlarƏsrdən artıqdır ki, kənd mövcuddur, ancaq heç vaxt su gəlməyibSakinlər su gətirmək üçün kilometrlər qət edirSu gətirmək üçün dəfələrlə bulağa gedirlərÇimmək üçün kanalın suyundan istifadə edirlərPaltarları bir neçə gün toplayır və sonra birlikdə kanal suyunda yuyurlarOnların evində heç vaxt krandan su gəlməyibAna övladları ilə birgəBurada rezin çəkmələr olmadan hərəkət etmək mümkün deyil
Mövzu ilə bağlı digər xəbərlər
Ata övladları ilə birgə – məktəb yolunda
Print