Gürcüstanda aztəminatlı ailələrə Ramazan sovqatları paylanılıb
Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) hər il olduğu kimi bu il də Ramazan bayramı münasibətilə ərzaq yardımı kampaniyası təşkil edib.

Xeyriyyə aksiyası təşkilata üzv və tərəfdaş şirkətlərin dəstəyi ilə baş tutub.

Kampaniya çərçivəsində Tbilisi şəhəri, Qardabani və Marneuli rayonlarında yaşayan 150-dən çox aztəminatlı azərbaycanlı ailəyə ərzaq məhsullarından ibarət qutular paylanılıb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google