Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) hər il olduğu
kimi bu il də Ramazan bayramı münasibətilə ərzaq yardımı
kampaniyası təşkil edib.
Xeyriyyə aksiyası təşkilata üzv və tərəfdaş şirkətlərin dəstəyi ilə
baş tutub.
Kampaniya çərçivəsində Tbilisi şəhəri, Qardabani və Marneuli
rayonlarında yaşayan 150-dən çox aztəminatlı azərbaycanlı ailəyə
ərzaq məhsullarından ibarət qutular paylanılıb.
Mənbə: report.az