Ramazan bayramı nə zaman qeyd olunacaq – Açıqlama
Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəyi ehtimal olunur. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov verdi. Onun sözlərinə görə, Ramazan ayının başlaması Ay təqvimi əsasında olduğundan daha dəqiq ayın görünməsi ilə müəyyən olunacaq.

“Ramazan bayramının dəqiq hansı gün olması bu gün axşam ayın çıxması ilə müəyyən olunacaq. Bu haqda müsəlman alimləri arasında fərqli nəzəriyyə və müxtəlif fikirlər də var. Müəyyən müsəlmanlar bu inancdadır ki, dünyanın bir nöqtəsində ayın görünməsini dünyanın digər nöqtələrində də nəzərə almaq olar. Ona görə də Ramazan bayramının sabah olacağını öncədən bildiriblər. Ancaq başqa bir nəzəriyyəyə görə isə ayın dünyanın bir nöqtəsində deyil, belə deyək üfüqləri yaxın olan bölgələrdə görünməsi lazımdır. Buna görə də ayın görünməsi üçün teleskopla, yada ki, yaxınlaşdırıcı bir vasitə ilə görmək kifayət edər. Beləliklə bəzi ölkələrdə artıq Ramazan bayramının birinci gününü elan ediblər. Ancaq müəyyən ölkələr var ki, hələ ki dəqiq nəzəriyyə, fikir söyləməyiblər. Bu axşamüstü məlum olacağını bildiriblər”, – Hacı Ramin İgidov dedi.



Ramin İgidov onu da əlavə etdi ki, İslam dinində yetkinlik yaşına çatmış və kasıb olmayan hər bir şəxs Ramazan ayının sonuncu günü fitrə çıxmalıdır.

Həmin fitrə isə kasıb, yolda qalmış və vəziyyəti ağır olan insanlara verilməlidir.

Print Email
FaceBook Twitter Google