Marneulidə Ramazan bayramı münasibətilə konsert proqramı keçirilidi (VİDEO/FOTO)
Bu gün, 14 may tarixində Marneulidə, Mədəniyyət evinin qarşısında Ramazan bayramı münasibətilə tədbir keçirildi. Tədbir Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkilatçılığı ilə baş tutdu. Bayram şənliyində Gürcüstan Parlamentinin üzvləri Zaur Darğallı və Tariel Nakaidze, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, Marneuli meriyasının nümayəndələri, QHT üzvləri, şəhər sakinləri və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Konsert proqramını giriş sözü ilə idarənin şeyxi və sədri Mirtağı Əsədov açaraq, qonaqları salamladı və müsəlmanları Ramazan bayramı münasibətilə təbrik etdi. O, bu bayramın müsəlmanlar üçün vacib olduğu haqda tədbir iştirakçılarına məlumat verdi.

Tədbirdə iştirak edən Gürcüstan Parlamentinin üzvü Tariel Nakaidze müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik etdi və qeyd etdi ki, bu bayram müsəlmanlar üçün çox önəmlidir.

“Həmrəylik Platforması”-nın üzvü Zaza Mikeladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Ramazan bayramının ən böyük mesajı sülh və paylaşmaqdı.

Ramazan bayramı münasibətilə təşkil olunan tədbir konsert proqramı ilə sona çatdı.

Qeyd edək ki, 13 may tarixində dünya müsəlmanları Ramazan bayramını qeyd etdilər.


"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print