Dmanisidə naməlum şəxslər mağazaya hücum ediblər – hadisə nəticəsində xəsarət alanlar var (VİDEO)
Bu gün, 16 may tarixində günorta saatlarında Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən “Ömər” marketə naməlum şəxslər hücum ediblər. Hücum edən şəxslər mağaza sahibinin atasını, bibisinin ərini və oğlunu döyüblər.

Mağaza sahibi Rəhim Məmmədov “Marneuli” Radiosu ilə söhbəti zamanı bildirdi ki, içkili vəziyyətdə iki nəfər onların mağazasına gəlib və nisyə ərzaq istəyiblər. Mağazada olan 70 yaşlı atası onlara ərzaq verməkdən imtina edib. Bildirib ki, mağaza sahibi orada yoxdur. Hadisə də bundan sonra baş verib. Məmmədovun sözlərinə görə, təxminən 50 nəfərə yaxın svan mağazaya hücum edərək orda olan şəxsləri küt alətlərlə döyüblər.

MarneuliFM · Rəhim Məmmədov


Rəhim Məmmədovun dediyinə görə, əraziyə polis cəlb olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən cavab alan kimi sizə təqdim edəcəyik.




"Marneuli" Radiosu
Print