Bu gün, 17 may tarixində bütün gün ərzində Dmanisi bələdiyyəsində
qarşıdurma davam edib. Vəziyyət bir neçə dəfə gərginləşib.
Qarşıdurmada iştirak edən tərəflər daş və küt əşyalarla silahlanıb.
Bir neçə nəfər xəsarət alıb.
Yerli sakinlər “Marneuli” radiosuna bildirdi ki, mübahisə zamanı 6
nəfər saxlanılıb. Əhalinin bir qismi Dmanisi polis bölməsinin
qarşısındadır və saxlanılanların azad edilməsini tələb edirlər.
Dmanisidə baş vermiş hadisələrlə bağlı DİN bəyanat yayımlayıb. DİN
əhalini sakitliyə çağırıb.
“Daxili İşlər Nazirliyi nizam-intizam qaydalarına əməl olunmasına
görə məsuliyyət daşıyan qurum olaraq Dmanisidə toplaşmış
vətəndaşları qanunun tələblərinə əməl etməyə və sakitliyi qorumağa
çağırıb. Polis mandatı çərçivəsində hərəkət edəcək və qanun
pozuntusu olarsa, hər hansı fakta reaksiya göstərəcəyik.
Daxili İşlər Nazirliyinin apardığı istintaq tədbirlərinə əsasən
indiki mərhələdə müəyyən edilib ki, cari ilin 16 may tarixində
Dmanisidə məişət zəminində yerli sakinlər mübahisə edib və hadisə
zorakılıqla davam edib. Polis tərəfindən mübahisədə iştirak edən
şəxslərin kimliyi müəyyən edilib. İstintaq çərçivəsində bütün vacib
istintaq və prosessual fəaliyyətlər aparılır”, –
DİN-nin bəyanatında qeyd olunub.
DİN-dən indiki mərhələdə neçə nəfərin saxlanılması və hansı maddə
ilə istintaq aparılması barədə “Marneuli” radiosuna məlumat
verməyib.