Dmanisidə baş vermiş qarşıdurma zamanı 6 nəfərin saxlanıldığı bildirilir
Bu gün, 17 may tarixində bütün gün ərzində Dmanisi bələdiyyəsində qarşıdurma davam edib. Vəziyyət bir neçə dəfə gərginləşib. Qarşıdurmada iştirak edən tərəflər daş və küt əşyalarla silahlanıb. Bir neçə nəfər xəsarət alıb.

Yerli sakinlər “Marneuli” radiosuna bildirdi ki, mübahisə zamanı 6 nəfər saxlanılıb. Əhalinin bir qismi Dmanisi polis bölməsinin qarşısındadır və saxlanılanların azad edilməsini tələb edirlər.

Dmanisidə baş vermiş hadisələrlə bağlı DİN bəyanat yayımlayıb. DİN əhalini sakitliyə çağırıb.

“Daxili İşlər Nazirliyi nizam-intizam qaydalarına əməl olunmasına görə məsuliyyət daşıyan qurum olaraq Dmanisidə toplaşmış vətəndaşları qanunun tələblərinə əməl etməyə və sakitliyi qorumağa çağırıb. Polis mandatı çərçivəsində hərəkət edəcək və qanun pozuntusu olarsa, hər hansı fakta reaksiya göstərəcəyik.

Daxili İşlər Nazirliyinin apardığı istintaq tədbirlərinə əsasən indiki mərhələdə müəyyən edilib ki, cari ilin 16 may tarixində Dmanisidə məişət zəminində yerli sakinlər mübahisə edib və hadisə zorakılıqla davam edib. Polis tərəfindən mübahisədə iştirak edən şəxslərin kimliyi müəyyən edilib. İstintaq çərçivəsində bütün vacib istintaq və prosessual fəaliyyətlər aparılır”,
– DİN-nin bəyanatında qeyd olunub.

DİN-dən indiki mərhələdə neçə nəfərin saxlanılması və hansı maddə ilə istintaq aparılması barədə “Marneuli” radiosuna məlumat verməyib.

"Marneuli" Radiosu
Print