“Peyvəndlərin bir-birindən fərqi və onların işləmə mexanizmləri” – "Aktual Mövzu"
Kovid-19-a qarşı peyvənd barədə verlişlər silsiləsinə davam edirik. Veriliş Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstan ofisinin, Avropa İttifaqı və Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin dəstəyi ilə hazırlanır. İlk verilişimizdə peyvəndlərin yan təsirlərindən və allergiya reaksiyalarından danışdıq. Bizim bugünkü verilişimizin mövzusu peyvəndlərin bir-birindən fərqi və onların işləmə mexanizmləridir.

Gürcüstanda üç növ vaksin var — "Astrazeneka", "Pfizer" və "Sinofarm". Peyvənd prosesində yüksək fəallıq qeydə alınmır. Peyvənd barədə çox sayda miflər, şaiyələr yayılıb. Verilişin qonağı, “Neolab”-ın direktoru, allerqoloq-immunoloq Qiorqi Kamkamidze ilə hər bir peyvəndin necə hazırlanması və həmin peyvəndlərin nə dərəcədə təsirli olması barədə danışacağıq.


Print Email
FaceBook Twitter Google