Marneulidə yeniyetmə və gənclər arasında kikboksinq üzrə dostluq turnirinin açılış mərasimi baş tutdu (VIDEO)
Bu gün, 26 may tarixində Marneulidə, “AtaHoldinq” idman kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə dostluq turnirinin açılış mərasimi keçirildi. Tədbir Gürcüstanın Müstəqilliyi Gününə və Azərbaycanın Respublika Gününə həsr olunub. Turnirin açılış mərasimindən əvvəl Gürcüstan və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Daha sonra Gürcüstan Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Seymur İlyasov, Gürcüstanın Azərbaycanlı İdmançılar Birliyinin sədri Tofiq Əkbərov çıxış edərək, turnir iştirakçılarına uğurlar arzuladılar.

“Gürcüstanın Azərbaycanlı İdmançıları Birliyi”, Azərbaycanın Gürcüstandakı səfirliyi"SOCAR Georgia” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 12 şəhərdən 15 çəki kateqoriyası üzrə 150 idmançı iştirak edir.


Qeyd edək ki, turniri üç gün davam edəcək. Final qarşılaşmaları və mükafatlandırma mərasimi isə mayın 28-də keçiriləcək. Turnirə Mayın 28-də Gürcüstan və Azərbaycanın milli bayramlarına həsr olunmuş konsert proqramı ilə yekun vurulacaq.


Print Email
FaceBook Twitter Google