Faxralı kəndinin sakinləri mobil operatora məxsus baza stansiyasının tikintisinə etiraz edirlər (VIDEO)
Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinləri kənddə inşası nəzərdə tutulan “Magti” operatoruna məxsus baza stansiyasının tikintisinə etiraz edirlər. Sakinlərin sözlərinə görə, baza stansiyası kəndin yaxınlığında inşa olunur. Onlar tələb edər ki, qüllə kənddə quraşdırılmasın.

Kənd əhalisinin qüllənin tikintisinə mane olmasına əsas səbəb olaraq “Magti” operatoruna məxsus baza stansiyasının ətrafa çox sayda radiasiya yaymasını qeyd etdilər.

Buna görə də əhali inşa olunacaq qüllədən ehtiyat edir və şirkətdən tikintini dayandırmasını tələb edirlər.



Hal-hazırda ərazidə tikinti işləri dayandırılıb. Bu gün, 31 may tarixində Faxralı və İmir Həsən kəndlərinin icra nümayəndəsi və bələdiyyə nümayəndələri Bolnisi meriyasının əməkdaşları ilə məsələni müzakirə etdilər. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı Faxralı və İmir Həsən kəndlərinin icra nümayəndəsi Novruz Ayvazov məlumat verdi. Onun sözlərinə görə, müzakirənin nəticəsi olaraq tikinti dayandırılıb və 5G qüllənin başqa yerdə tikilməsi üçün alternativ yerin axtarılması nəzərdə tutulub.



Qeyd edək ki, 28 may tarixində qüllənin quraşdırıldığı ərazidə etiraz aksiyası keçirilib. Bundan sonra şirkət nümayəndələri işləri dayandıraraq, ərazini tərk ediblər.


Print Email
FaceBook Twitter Google