Bu gün, 1 iyun tarixində Marneulinin Algeti kəndində Uşaqların
Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir "Algeti Gənclər Mərkəzi"nin və "Təhsilə Dəstək Fondu"nun
təşkilatçılığı ilə baş tutub.
Algetinin mədəniyyət evində baş tutan tədbirdə uşaqlar və onların
valdeyinləri, qonaqlar iştirak ediblər.
Uşaqlar gününə həsr olunan tədbirdə körpələr şeir və nəğmələr
söyləyiblər.
Tədbirə Algeti uşaq baxçasının müəllimləri və uşaqlarıda
qoşulublar.
"Təhsilə Dəstək Fondu" tərəfindən uşaqlara sertifikatlar da təqdim
olunub.