Algeti kəndində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bu gün, 1 iyun tarixində Marneulinin Algeti kəndində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir "Algeti Gənclər Mərkəzi"nin və "Təhsilə Dəstək Fondu"nun təşkilatçılığı ilə baş tutub.

Algetinin mədəniyyət evində baş tutan tədbirdə uşaqlar və onların valdeyinləri, qonaqlar iştirak ediblər.

Uşaqlar gününə həsr olunan tədbirdə körpələr şeir və nəğmələr söyləyiblər.

Tədbirə Algeti uşaq baxçasının müəllimləri və uşaqlarıda qoşulublar.

"Təhsilə Dəstək Fondu" tərəfindən uşaqlara sertifikatlar da təqdim olunub.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print