Merin müavininin mətbuata ilk açıqlaması
Marneuli merinin müavini vəzifəsinə Roin Dekanoidze təyin olunub. O, 1 iyun tarixindən öz səlahiyyətlərinin icrasına başlayıb. Onun “Marneuli” radiosuna verdiyi müsahibəsində qeyd etdiyinə görə, təyin olunduğu vəzifə ilə bələdiyyənin səciyyəviliyi və problemlərinə yaxşı bələd olduğu üçün razılaşıb. O, düşünür ki, yerli sakin olaraq özünüidarədə işləməkdə çətinlik çəkməyəcək.

“Doğulduğum, böyüdüyüm rayona, əhaliyə xidmət etmək imkanım yaranıb. Neçə il ərzində işlədim və təcrübə topladım. Buna baxmayaraq bir daha özümü göstərə bilməyim, rayonum üçün nələr edə biləcəyim mənim üçün daha bir üstünlükdür. Buna mənim illər ərzində burada işləməyim də əlavə olunur. Demək olar ki, bütün kəndlərin pisini də, yaxşısını da bilirəm. Ən əsası burada yaşayan sakinlərlə işləmişəm, erməni, azərbaycanlı və s. millətləri yaxşı tanıyıram. Hamısı ilə müəyyən, səciyyəvi əlaqələrim yaranıb və düşünürəm ki, bəzi məsələlərin asan həll edilməsi mənim üçün çətin olmayacaq.”

Rion Dekanoidze deyir ki, indi işlə tanışlıq prosesindədir. O, ümid edir ki, özünüidarə əməkdaşları ilə işləməklə bələdiyyənin inkişafına dəstək olacaq.

“Bütün xidmətləri bir-bir tanımağa çalışıram, tanışlıq prosesindəyəm. Nəzarət, mədəniyyət, uşaqların müdafiəsi, iqtisadiyyat və s xidmətləri təfərrüatlı şəkildə öyrənirəm. Prioritetləri də buna əsasən müəyyən edəcəyəm ki, hansı məsələ təxirə salınmamalıdır, təcili yerinə yetirilməlidir. Əlbəttə, ayıra bilmərik ki, mədəniyyət ikinci dərəcəlidir, ancaq tanışlıq prosesində nə edilməli olduğunu daha yaxşı dərk edəcəyik. Tək bunu etməyəcəyəm və ümid edirəm ki, komanda ilə birgə ölkəyə, xalqa lazım olduğu kimi olacaq.”

Marneuli merinin müavini ixtisasca hüquqşünasdır. Polis akademiyasını bitirib və 16 il ərzinə müxtəlif vəzifələrdə, polis idarəsində işləyib. Cəzaçəkmə müəssisəsinin təhlükəsizlik xidmətinin rəhbəri olub, sonra 8 saylı cəzaçəkmə müəssisəsinin direktor müavini və 2 saylı müəssisənin direktoru işləyib. Son bir il yarım ərzində Dekanoidze yenidən 8 saylı cəzaçəkmə müəssisəsinin direktor müavini vəzifəsini tuturdu.


Print Email
FaceBook Twitter Google