Xuldərə kəndində yeni salınan parkda ağacəkmə aksiyası keçirildi (VIDEO)
Bu gün, 4 iyun tarixində Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar olaraq Xuldərə kəndində yeni salınmış parkda ağacəkmə aksiyası keçirildi. Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı “Taso” fondu “Yeni Düşüncə İnstitutu”-na parkda əkilməsi üçün 10 ədəd ağac hədiyə edib.

“Yeni Düşüncə İnstitutu”-nun təsisçilərindən Kamran Əfəndiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ətraf mühiti tək bu gün deyil, hər zaman qorumaq lazımdır.



Tədbirdə iştirak edən “Taso” fondunun nümayəndəsi Maia Qrdzelişvili bu cür təşəbbüsü alqışladı. O, bildirdi ki, fond çalışır ki, bu cür layihələrin həyata keçirilməsinə dəstək olsun.



Xuldərədə keçirilən aksiyaya merin müavini Kənan Ömərov, Marneuli merinin gənclərlə iş üzrə müşaviri Adil Əliyev və meriyanın digər nümayəndələri də qoşulmuşdu. Marneuli merinin gənclərlə iş üzrə müşaviri Adil Əliyev “Marneuli” radiosuna bildirdi ki, Xuldərə kəndində həyata keçirilən layihədən sonra bir sıra kəndlərdən olan gənclər də bu cür layihələrin həyata keçirilməsi istəyirlər.



Hürnisə Əhmədova “Yeni Düşüncə İnstitutu”-nun şagirdlərindən biridir. O, çox sevinir ki, kəndlərində bu cür təşəbbüslər həyata keçirilib.

low="autoplay" src="https://w.soundcloud.com/player/?url=https%3A//api.soundcloud.com/tracks/1062066667&color=%23ff5500&inverse=false&auto_play=false&show_user=true">

Qeyd edək ki, “Ətraf mühiti və gələcəyimizi qoruyaq” layihəsi çərçivəsində Xuldərə kəndində qeyri-qanuni zibillik təmizlənərək yerində park salınıb. Layihə “Gürcüstanda qadınlar fondu” və Marneuli meriyasının dəstəyi ilə “Yeni Düşüncə İnstitutu” tərəfindən həyata keçirilib.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər