Ququti – sərhədyanı kənd inkişaf gözləntisində
Dmanisi bələdiyyəsinin Ququti kəndi Gürcüstan-Ermənistan sərhədində yerləşir. Kənddə 30-a yaxın ailə yaşayır, ancaq yayda ailələrin sayı 70-ə qədər artır.

Ququti inzibati mərkəzdən bir az aralıda, 30 kilometr məsafədə yerləşir. Kəndə ictimai nəqliyyat işləmir və buna görə əhalinin problemləri yaranır.

“Bələdiyyəyə gedib qayıtmaq üçün ən az 40 lari lazımdır. Pensiya, yardım almıram. Yalnız inəkdən gələn gəlirdən asılıyam”, – Eter Abaşidze bildirdi.

Ququti sakinləri əsasən kənd təsərrüfatı ilə məşğuldurlar. Ancaq otlaqların əksəriyyəti onların mülkiyyətində deyil.

“Bir hektar yarım otlaq sahəm var, indi “daçniklər” gəlib biçəcəklər və biz yerli sakinlərin otlaq sahəsi də olmayacaq”, – Nunu Akopaşvili deyir.

Daha ətraflı↓


"Marneuli" Radiosu
Print