Səfərlidə susuzluqdan yaranmış problemlərə dolu da əlavə olunub
Səfərli kəndi Dmanisi bələdiyyəsində, rayon mərkəzindən 25 kilometr məsafədə yerləşir. Yerli sakinlərin əsas problemi sudur. Elmuraz Həsənov üçün illərdir gündəlik rejim dəyişmir. Kustar qaydada düzəldilmiş arabasını götürür, bidonu bağlayır və yavaş-yavaş bulağa gedir.

Gün ərzində beş-altı dəfə, gündəlik su ehtiyatını, 500 litr su gətirənə kimi belə davam edir.

“Kənddə sovet dövründən bir kran qalıb. Həmkəndlimizdən biri dünyasını dəyişmiş ailə üzvünün adına dağdan su çəkdirdi. Kəndə dəstək layihəsi çərçivəsində 56 000 ayrılmışdı. Xərclədilər, amma düzəltmədilər."

Səfərli sakinlərinin su probleminə indi təbii fəlakət də əlavə olundu. Dolu məhsulu tamamən məhv edib. Qarğıdalı, lobya, pomidor, xiyar və başqa tərəvəzlərdən asılı olan əhali faktiki olaraq çörək puluna möhtac qaldı.

"72 yaşlı qadınam və hələ də bəzi şeylər əkib becərirəm, ümid edirəm ki, 5 qəpik qazanacağam. Dolu da, Allah da bizi belə çətinlikdə qoydu. Fındıq, qoz, lobya, hər şey məhv oldu. Nə etməliyik?"

Daha ətraflı:


Print Email
FaceBook Twitter Google