Marneulili kuklaçının korona dünyası
Armen Ohanesyan kuklaçı və nağılbazdır. O, Marneuli bələdiyyəsinin Şaumyan kəndində yaşayır. Sənətkar üçün korona ilham mənbəyinə çevrilib. Heç vaxt onlayn məkanda teatr göstərəcəyini təsəvvür etməyib, ancaq mövcud vəziyyətə görə buna uyğunlaşıb.

Armen maliyyə dəstəyi olmadığına görə, yeni tamaşa, yaxud kukla yarada bilmir. Çalışır ki, teatr nömrələrini eyni kuklalarla, fərqli şəkildə təqdim etsin.

Armen Ohanesyan bir neçə ay əvvəl Marneuli bələdiyyəsinin Mədəniyyət Evi ilə birlikdə yeni layihə həyata keçirməyə başlayıb. Həftədə iki dəfə Tamarisi kəndinə gedir, şagirdlərə əl işləri düzəltməyi və incəsənətə sevgini öyrədir.

Daha ətraflı:



Print