“Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami
Gəncəvinin “Leyli və Məcnun” poeması Tbilisidə nəşr olunub.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə,
“İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü
dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali
Todua tərcümə edib.
Kitabın redaktoru yazıçı-tərcüməçi İmir Məmmədli, ön sözün müəllifi
isə professor Xəlil Yusiflidir.
Mənbə: report.az