Mədəniyyət sahəsi Azərbaycanla Gürcüstan arasında bir körpü rolunu oynayır – Anar Kərimov
“Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə çox gözəl görüşümüz oldu”, – bu sözləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov 8 iyul tarixində Aşıq Kamandarın ev muzeyinin açılışı zamanı dedi. Onun sözlərinə görə, onlar görüşdə Azərbaycanla Gürcüstan arasındakı strateji müttəfiqliklə bağlı fikir mübadiləsi aparıblar.

“Bir daha da göstərdik ki, Azərbaycanla Gürcüstan arasında strateji əməkdaşlı və birlik var. Bu birlik üçün də əlimizdən gələni edəcəyik ki, bu birlik daha da güclənsin.”

Anar Kərimovun bildirdiyinə görə, burada mədəniyyət çox böyük rol oynayır.

“Hesab edirik ki, mədəniyyət vasitəsi ilə həm xalqlarımız arasında, həm də dövlətlərimiz arasında bir körpü rolunu oynayaraq, əməkdaşlığımızı daha da gücləndirəcəyik.”

Qeyd edək ki, Anar Kərimovun Gürcüstana rəsmi səfəri 6 iyul tarixindən başlayıb. O, Gürcüstanda bir sıra dövlət və hökumət nümayəndələri ilə görüş keçirib.


"Marneuli" Radiosu
Print