Marneuli meriyası iki kənddə içməli su şəbəkəsinin qurulmasını planlaşdırır

Marneuli meriyası Baytallı və Dioqnisi kəndlərində daxili içməli su şəbəkəsinin quraşdırmağı planlaşdırır. Yerli özünüidarə işlərin həyata keçirilməsi üçün tender elan edib.

Baytallı kəndinə içməli suyun çəkilməsi üçün 348 504 lari, Dioqnisi üçün isə 653 985 lari ayrılıb.

Tender sənədlərinə görə, Dioqnisidə həyata keçiriləcək əsas işlər içməli su şəbəkəsinin quraşdırılması, 100 nəfər sakin üçün içməli su sayğacının və 50 m³-lıq çəni olan təzyiq qülləsinin quraşdırılması olacaq.

Dioqnisi kəndində içməli su quyuları, daxili içməli su şəbəkəsi, quyulardan mövcud hovuza qədər magistral boru, 100 sakin üçün nəzərdə tutulmuş sayğaclar quraşdırılacaq və xlorlama işləri aparılacaq.

Hər iki tenderdə iştirak etmək istəyən namizədlər, 27 iyul tarixindən 3 avqust tarixinə qədər təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağladıqdan sonra, işləri Baytallı kəndində 90 gün, Dioqnisi kəndində isə 120 gün ərzində yerinə yetirməli olacaq.

 

"Marneuli" Radiosu

 

Print