Xəbərlər
Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət dram teatrının keçmiş aktyoru dünyasını dəyişib
Bu gün, 19 iyul tarixində səhər saatlarında Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət dram teatrının keçmiş aktyoru Fazil Bayramov dünyasını dəyişib. O, bir neçə gün idi ki, Tbilisidə xəstəxanaların birində müalicə alırdı. Fazil Bayramov əvvəlcə Qardabanidə müalicə olunurdu. Daha sonra o 14 iyul tarixində Tbilisi xəstəxanalarından birinə yerləşdirilmişdi.

Fazil Bayramova həkimlər tərəfindən ağciyərinin zədələnməsi diaqnozu qoyulmuşdu.

Aktyor 1984-cü ilin 9 avqustunda Qardabanidə anadan olmuşdur. O, bir sıra teatr tamaşalarında aktyor kimi iştirak edib. Bayramov Binəli İslamoğlunun lentə aldığı “Mer” filmində də səhnə almışdı.

Allah rəhmət eyləsin.

Onu da əlavə edək ki, Fazil Bayramov 2016-cı ildə "Marneuli" radiosunun efirində yayımlanan "Dünəndən Bugünə" verlişində qonağı olmuşdu. Həmin verilişin səs yazısını sizə təqdim edirik.



FaceBook Twitter Google