Tetritskaroda Borçalı xalçalarının tanıdılması məqsədilə tur keçirilib
Tetritskaro bələdiyyəsinin Kosalar kəndində Borçalı xalçalarının tanıdılması məqsədilə tur keçirilib. Tur çərçivəsində maraqlanan şəxslər Borçalı xalçalarının hazırlanma qaydaları və tarixi ilə tanış olub.

“Tur çərçivəsində qonaqlara Borçalının ənənəvi xalçalarının tarixi və onların maddi, mənəvi dəyərləri, toxunma texnikası, stili, təbii yundan sapın əyirilməsi, sonra isə müxtəlif bitkilərdən istifadə edərək boyanması, eləcə də digər məsələlər barədə söhbət açdıq. Həmçinin, Borçalı xalçalarının Gürcüstanın qeyri-maddi mədəni irsi abidəsi kimi qəbul olunma məsələsini qeyd etdik”, – “ReWoven”-in icraçı direktoru Elnur Əlisoy bildirdi.

Əlisyoun sözlərinə görə, turda İsrailin Gürcüstandakı səfiri, NATO-nun Gürcüstandakı ofisinin nümayəndələri, xarici qonaqlar və yerli, xarici jurnalistlər iştirak edib.

İştirakçılar tur çərçivəsində xalçaların hazırlanma qaydaları ilə tanış olmaqla yanaşı, yarpaq xəngəli, qutab və dovğa kimi yerli, ənənəvi yeməklərin də dadına baxıblar.

"Marneuli" Radiosu
Print