Bu gün, 20 iyul tarixində bütün dünyada və eləcə də Gürcüstanda
yaşayan müsəlmanlar Müqəddəs Qurban bayramını qeyd edirlər.
Qurban bayramı 20 iyul tarixindən başlayaraq, 22 iyul tarixinə
qədər davam edəcək. Hər il olduğu kimi bu il də Gürcüstanda
qurbanlar kəsilir və sosial cəhətdən imkansız şəxslərə
paylanılır.
Bu gün səhər saatlarında Kürtlər kənd məcidinin imamı və kənd
sakinlərinin iştirakı ilə bayram namazı qılındı və dualar oxundu.
Kənd məscidinin imamı Teymur Qəhramanov “Qurban” bayram haqda kənd
sakinlərinə məlumat verdi.
Bayram namazından sonra kənd sakinləri bir-birlərinin bayramını
təbrik etdilər. Daha sonra sakinlər tərəfindən qurbanlar kəsilərək,
kənddə ehtiyac sahibi olan insanlara paylanıldı. Qurbanlıq heyvanın
alınması üçün kənd sakinləri eləcə də, Türkiyə, Azərbaycan, Rusiya
və digər ölkələrdə yaşayan bir neçə kənd sakini də vəsait
göndərib.
Onu da əlavə edək ki, bayram namazı Gürcüstanda yerləşən bütün
məscidlərdə o cümlədən Tbilisi və Batumidə də qılındı.
Qeyd edək ki, Hicri-qəməri təqvimə əsaslanan müqəddəs Qurban
bayramı bu il təqvimə görə, 20 iyul tarixindən başlayaraq 22 iyula
qədər davam edəcək. Yəni 3 gün qeyd olunacaq.