Kürtlər kəndində Qurban Bayramı qeyd olunur və qurbanlar kəsilərək, sosial cəhətdən imkansız şəxslərə paylanılır (FOTO)
Bu gün, 20 iyul tarixində bütün dünyada və eləcə də Gürcüstanda yaşayan müsəlmanlar Müqəddəs Qurban bayramını qeyd edirlər.

Qurban bayramı 20 iyul tarixindən başlayaraq, 22 iyul tarixinə qədər davam edəcək. Hər il olduğu kimi bu il də Gürcüstanda qurbanlar kəsilir və sosial cəhətdən imkansız şəxslərə paylanılır.

Bu gün səhər saatlarında Kürtlər kənd məcidinin imamı və kənd sakinlərinin iştirakı ilə bayram namazı qılındı və dualar oxundu. Kənd məscidinin imamı Teymur Qəhramanov “Qurban” bayram haqda kənd sakinlərinə məlumat verdi.

Bayram namazından sonra kənd sakinləri bir-birlərinin bayramını təbrik etdilər. Daha sonra sakinlər tərəfindən qurbanlar kəsilərək, kənddə ehtiyac sahibi olan insanlara paylanıldı. Qurbanlıq heyvanın alınması üçün kənd sakinləri eləcə də, Türkiyə, Azərbaycan, Rusiya və digər ölkələrdə yaşayan bir neçə kənd sakini də vəsait göndərib.

Onu da əlavə edək ki, bayram namazı Gürcüstanda yerləşən bütün məscidlərdə o cümlədən Tbilisi və Batumidə də qılındı.

Qeyd edək ki, Hicri-qəməri təqvimə əsaslanan müqəddəs Qurban bayramı bu il təqvimə görə, 20 iyul tarixindən başlayaraq 22 iyula qədər davam edəcək. Yəni 3 gün qeyd olunacaq.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print