Susuz həyat (VİDEO)
Marneuli bələdiyyəsinin Daştəpə kənd sakinlərini aylardır ki, su problem narahat edir. Yerli sakinlər deyirlər ki, üç aydır onların evində krandan içməli su gəlməyib. Elmira bir həftədir ki, paltar və qab-qacağını yuya bilmir. İçməli suyu isə qonşulardan alır. Elmiradan başqa daha beş ailə bu şəraitdə yaşayır. Daştəpə sakinləri deyirlər ki, susuzluğa görə çox hallarda uşaqları məktəbə qoymayıblar.

“Su yoxdur, bir həftədir yığılmış qablar belə qalıb. Yuya bilmirik. Bilmirik, içmək üçün su yığaq, yoxsa çimmək üçün. Bu hökumət nə düşünür? Bir qonşu, iki qonşu mənə su verəcək. Neçəsindən istəməliyəm? Onlara da lazımdır. Adamın halı pisləşsə, dərman üçün su tapa bilməzsən”, – Elmira Amirxanyan bildirdi.

Daştəpə skinlərinə suvarma mövsümü bitənə qədər içməli su probleminin həllini vəd etmirlər. Marneuli “Kənd suları” MMC-nin rəhbəri Nəbi Abdullayev bildirdi ki, əhalinin içməli suyunun olmamasının səbəbi, içməli su ilə məhsulları suvarmalarıdır. Buna görə hovuzlar boşalır və suyun verilməsini təmin edə bilmirlər.

Daha ətraflı videodan tanış ola bilərsiz:

"Marneuli" Radiosu
Print