Zibilliklərlə birgə həyat - Marneulidə tullantıların idarəolunması
Sadaxlı kəndinin mərkəzindən bir neçə kilometr məsafədə zibil axını başlayır. Qanunsuz zibilliklər Sadaxlı-Mollaoğlu yolu boyunca Bənövşə çayının sahili ilə uzanır. Yerli sakinlər deyirlər ki, zibil qabları olmadığına görə, məişət, yaxud digər tullantıları çaya atmalı olurlar.

"Zibili buraya atırıq. Zibil qabı qoysunlar, qaba ataq. Sonra zibil qablarını təmizləsinlər və biz də rahat olaq. Milçəklər bizi dişləyir, qoxu barədə heç danışmıram. Zibil qabının qoyulması vacibdir. Birini mərkəzə qoyublar. Bizim ərazidə isə yoxdur", – Sadaxlı sakini deyir. 

Sadaxlı Marneulidə zibil problemi olan yeganə kənd deyil. Demək olar ki, hər yerdə vəziyyət eynidir. Yerli özünüidarədə problem barədə bilirlər. Deyirlər ki, mərhələli şəkildə, müxtəlif təşkilatların yardımı və bələdiyyə büdcəsi ilə vəziyyəti düzəltməyi planlaşdırırlar. Tullantıların idarəolunması üçün 2021-ci il büdcəsində bir neçə zibil maşını və zibil qablarının alınması nəzərdə tutulub.

Daha ətraflı video materialdan izləyin:

"Marneuli" Radiosu
Print