Parlamentdə soyadlarla bağlı məsələ müzakirə olunub
26 iyul tarixində Gürcüstan Parlament Bürosunda soyadlarla bağlı məsələ müzakirə olunub. Bu barədə məlumatı “Salam” Platforması “Facebook” səhifəsində paylaşıb.

Məlumata görə, “Salam” Platformasının Parlamentə təqdim etdiyi "Mülki Aktlar haqqında Qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsinə istinad edən qanunvericilik təşəbbüsü müzakirə edilib.

"Qanun layihəsi vətəndaşa qeyri-səciyyəvi/qeyri-ənənəvi şəkilçiləri ("ov" / "ev" və ya digər) soyadından çıxarmaq və/və ya ənənəvi/orijinal şəkilçilərlə əvəz etmək hüququnu verir", – paylaşımda deyilir.

Parlament Bürosunun qərarı ilə qanunvericilik təşəbbüsü baxılması üçün Parlamentin Prosessual Məsələlər və Qaydalar Komitəsinə təqdim edilib.


Print Email
FaceBook Twitter Google