Yeni təsis edilmiş mərkəzdə Qaraçöplü Aşıq Musanın anım tədbiri keçirilib (FOTO)
28 iyul tarixində Saqareco rayonunun Qaraçöp kəndində Qaraçöplü Aşıq Musanın anım tədbiri keçirilib. Tədbir yeni fəaliyyətə başlayan “Qaraçöp İcma Mərkəzi”-nin təşkilatçılığı ilə baş tutub. Bu barədə məlumatı mərkəz “Facebook” səhifəsində paylaşıb.

Məlumata görə, anım mərasimində Xəqani Qayıblı, aşıq Nargilə Mehdiyeva, Səadət Buta, Allahverdi Təhləli, Mahmud Kamaloğlu, aşıq Ziyəddin Keşəli, şair Rafiq Hümmət və kənd sakinləri iştirak ediblər.

Çıxış edən qonaqlar Qaraçöp kəndində bu cür tədbirlərin keçirilməsinin önəmli olduğunu qeyd ediblər. Qonaqlar yeni yaradılmış icma mərkəzinin əməkdaşlarına və təsisçilərinə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, “Qaraçöp İcma Mərkəzi” heç bir maddi dəstək olmadan kəndin könüllü fəal gəncləri tərəfindən təsis olunub. QİM-in yaranmasının səbəbi icmadakı təhsilə marağın artırılması, inteqrasiyanın gücləndirilməsi və icmanın səsinin daha böyük kütləyə çatdırılmasıdır. Mərkəz Qaraçöpdə təsis edilən ilk icma mərkəzidir.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google