3 avqust tarixində arxeologiya, mədəni irs və arxitektura ilə
məşğul olan 10-yaxın adam ABŞ-dan, Serbiyadan, Bolqarıstandan,
Almaniyadan Marneuliyə, Şaumyani kəndindəki kitabxana və
Melik-Paşayev adına muzeyə gəliblər.
Mütəxəssislər 10 gün ərzində binanın vəziyyətini və ilk növbədə
həyata keçirilməli olan vacib işləri təsvir ediblər.
Layihə 19-cu əsrə aid tarixi tikilinin, mədəni irs obyektinin
bərpasını və onun yeni funksiyasını əhatə edir. Çoxfunksiyalı
təhsil məkanı qurulacaq. Orada yenidən kitabxana və muzey fəaliyyət
göstərəcək. Eləcə də konfrans və mühazirələr üçün məkan,
arxeoloqlar, mütəxəssislər üçün elmi laboratoriya əlavə olunacaq.
Əlavə sərgi məkanı, eksperiment üçün arxeoloji düşərgə və s.
olacaq.