19-cu əsrə aid tikilinin yeni həyatı
3 avqust tarixində arxeologiya, mədəni irs və arxitektura ilə məşğul olan 10-yaxın adam ABŞ-dan, Serbiyadan, Bolqarıstandan, Almaniyadan Marneuliyə, Şaumyani kəndindəki kitabxana və Melik-Paşayev adına muzeyə gəliblər.

Mütəxəssislər 10 gün ərzində binanın vəziyyətini və ilk növbədə həyata keçirilməli olan vacib işləri təsvir ediblər.

Layihə 19-cu əsrə aid tarixi tikilinin, mədəni irs obyektinin bərpasını və onun yeni funksiyasını əhatə edir. Çoxfunksiyalı təhsil məkanı qurulacaq. Orada yenidən kitabxana və muzey fəaliyyət göstərəcək. Eləcə də konfrans və mühazirələr üçün məkan, arxeoloqlar, mütəxəssislər üçün elmi laboratoriya əlavə olunacaq. Əlavə sərgi məkanı, eksperiment üçün arxeoloji düşərgə və s. olacaq.

Daha ətraflı:


"Marneuli" Radiosu
Print