Şaban Məmmədov Marneulili musiqiçidir. 11 aylıq olan zaman qanında
zəhərlənmə aşkar edilib və özünün dediyinə görə, həkimlərin səhv
müalicəsi nəticəsində hər iki gözündə görmə qabiliyyətini itirib.
Uşaqlıqdan klavişli oyuncaqlarda ifa etməklə musiqiyə marağı
yaranıb.
“Həmişə səsə əhəmiyyət verirdim və məhz buradan irəli
gələrək, həmişə səsli oyuncaqlarla oynayırdım. Dinləməklə nəyisə
quraşdırmağa çalışırdım. Dinləmklə ifa edirdim. Barmağımı notlara
vuranda başa düşürdüm ki, dinləməklə hiss etdiyim eyni notu və eyni
səsi verəcək.”
Musiqi bacarığının aşkarlanması və inkişafında atası ona kömək
edib. Onun musiqi karyerası Marneulidə, Mədəniyyət Evində başlayıb.
Şaban uğurlu musiqiçilərdən biridir və o, dəfələrlə ölkə daxilində,
ölkədən kənarda Qran-Pri mükafatları alıb. Pandemiya onun karyera
və təhsilinə təsir göstərib. Konsertlər təxirə salınıb və təhsil
onlayn formata keçirilib.
Şaban Məmmədovun pandemiya dövründəki musiqi dünyasını izləyin: