Pandemiya şəraitində musiqi ilə dolu qaranlıq
Şaban Məmmədov Marneulili musiqiçidir. 11 aylıq olan zaman qanında zəhərlənmə aşkar edilib və özünün dediyinə görə, həkimlərin səhv müalicəsi nəticəsində hər iki gözündə görmə qabiliyyətini itirib. Uşaqlıqdan klavişli oyuncaqlarda ifa etməklə musiqiyə marağı yaranıb.

“Həmişə səsə əhəmiyyət verirdim və məhz buradan irəli gələrək, həmişə səsli oyuncaqlarla oynayırdım. Dinləməklə nəyisə quraşdırmağa çalışırdım. Dinləmklə ifa edirdim. Barmağımı notlara vuranda başa düşürdüm ki, dinləməklə hiss etdiyim eyni notu və eyni səsi verəcək.”

Musiqi bacarığının aşkarlanması və inkişafında atası ona kömək edib. Onun musiqi karyerası Marneulidə, Mədəniyyət Evində başlayıb. Şaban uğurlu musiqiçilərdən biridir və o, dəfələrlə ölkə daxilində, ölkədən kənarda Qran-Pri mükafatları alıb. Pandemiya onun karyera və təhsilinə təsir göstərib. Konsertlər təxirə salınıb və təhsil onlayn formata keçirilib.

Şaban Məmmədovun pandemiya dövründəki musiqi dünyasını izləyin:


"Marneuli" Radiosu
Print