Binəli İslamoğlu Qardabanili aktyordur. Pandemiya dövründə öz
bələdiyyəsindəki problemləri qeyri-adi formada, film vasitəsi ilə
həll etməyə qərar verib.
"Mer" – Binəli İslamoğlunun kiçik oğlu İslamın mer rolunu ifa
etdiyi qısametrajlı film belə adlanır. Film kifayət qədər səs-küyə
səbəb olub. Hətta bir neçə problem də öz həllini tapıb. Binəli
dostları ilə birlikdə indi uşaq studiyası yaradıb. Uşaqlara tam
təmənnasız şəkildə teatra, kinoya və ədəbiyyata sevgi aşılayır.
“Bir dəfə Qardabanidə tamaşa göstərirdik. Dostlarım
danışır ki, biz səhnədə olan zaman bir nəfərin telefonuna zəng
gəlib və ondan harada olduğunu soruşublar. O, isə cavab verib ki,
sirkdədir. Qardabaniyə sirk gəlib və ona baxıram deyib. Bizim
məqsədimiz adamlara teatrın nə olduğunu göstərməkdir. Adamlar teatr
və sirki bir-birindən fərqləndirə bilsinlər. Teatr sirk
deyil”, – Binəli bildirir.
Daha ətraflı: