Balaca “çinovnikin” həll etdiyi problemlər – Qardabanili aktyor dəyişikliklər üçün
Binəli İslamoğlu Qardabanili aktyordur. Pandemiya dövründə öz bələdiyyəsindəki problemləri qeyri-adi formada, film vasitəsi ilə həll etməyə qərar verib. "Mer" – Binəli İslamoğlunun kiçik oğlu İslamın mer rolunu ifa etdiyi qısametrajlı film belə adlanır. Film kifayət qədər səs-küyə səbəb olub. Hətta bir neçə problem də öz həllini tapıb. Binəli dostları ilə birlikdə indi uşaq studiyası yaradıb. Uşaqlara tam təmənnasız şəkildə teatra, kinoya və ədəbiyyata sevgi aşılayır.

“Bir dəfə Qardabanidə tamaşa göstərirdik. Dostlarım danışır ki, biz səhnədə olan zaman bir nəfərin telefonuna zəng gəlib və ondan harada olduğunu soruşublar. O, isə cavab verib ki, sirkdədir. Qardabaniyə sirk gəlib və ona baxıram deyib. Bizim məqsədimiz adamlara teatrın nə olduğunu göstərməkdir. Adamlar teatr və sirki bir-birindən fərqləndirə bilsinlər. Teatr sirk deyil”, – Binəli bildirir.

Daha ətraflı:



Print